• Yay.. isti yay. Bürkülü şəhəri tərk edib, açıq havaya, bağa, kəndə, təbitətə üz tuturuq. Yay olmasına baxmayaraq, arada bayramlar və ad günləri də olur. İsti yay axşamlarında, açıq havada, bağda gözəl ad günü süfrəsi ətrafında ailəliklə yığışmaqdan gözəl nə ola bilər. Biz sizə məhz bağda süfrənin bəzənməsi barədə məsləhətlər verəcəyik.

     

    Təbii ki, bağda bahalı, qəşəng qab-qacaq, servizlər, dekor vasitələri olmur. Bəs onda nə etməli? Çıxış yolu: elə bağdaca əl altında olan vasitələrdən gözəl süfrə açmaqdır.

Ətraflı
  • Əgər yuyucu qabdan su sızması müşahidə edilibsə, onu qısa müddətdə aradan qaldırmaq lazımdır, əks halda sonrakı baş verənlər daha ağır fəsadlara səbəb ola bilər. Biz sizə 5 dəqiqə ərzində boruların təmizlənməsi qaydalarını təqdim edirik.

     

    Lazım olan materiallar:

     

    Kağız dəsmal, ¼ sт. yeyinti sodası, ¼ sт. duz, ¼ sт. tərtər krem, 2 sт. qaynadılmış su. Çanağın çıxarılması və təmizlənməsi: Çanağı çıxartmaq və yemək qalıqlarından və ya,

Ətraflı
  • Parlaq mavi rəngli dekorativ bitkidir. Bitkinin boyu 60 sm hündürlüyündə olur. Diametri 10 sm ə qədər olan bu bitki, ikinci ilindən, iyun və avqust aylarında açır. Tək-tək və toplu şəkildə əkilə bilər.

     

    Əkilmə qaydası

     

    Bitki quraqlığa davamlıdır. Yüngül münbit torpaqlarda və günəşli yerlərdə əkilməsinə üstünlük verilir. Toxumlar avqust ayında (0,3-0,5 sm dərinlikdə) torpağa əkilir.

Ətraflı
  • Sizin diqqətinizə qış geyimlərinin və ayaqqabılarının saxlanılması üçün bir sıra sadə, amma olduqca effektiv məsləhətlər təklif edirik.

     

    İlk olaraq diqqət edin ki, kürkləri, gödəkcələri və ya yun əşyaları polietilen qutularda və ya kisələrdə əzilmiş vəziyyətdə saxlamaq olmaz. Qış geyimlərinin səhv saxlanma qaydası onların tez "xarab olmasına", öz ilk görünüşünün itirilməsinə və tük tökülməsinə səbəb olur. Əşyaların uzun müddətli saxlanması üçün polietilen və başqa analoji materiallardan istifadə etmək qəti surətdə tövsiyə edilmir, çünki onlarda hava dövrü olmadığı üçün,

Ətraflı
  • Xüsusi cazibədarlığı olan çoxillik bitkidir. Bitkinin boyu 10-15 sm hündürlüyündə olur, çox sıx və topa şəklində açır. Tünd yaşıl yarpaqları var. Diametri 3 sm ə qədər olan bu bitki, iyun və iyul aylarında açır.

     

    Əkilmə qaydası

     

    Çox sadə bitkidir. Yüngül münbit torpaqlarda və günəşli yerlərdə əkilməsinə üstünlük verilir. Toxumlar aprel ayının sonları və may ayının əvvəlləri birbaşa torpağa əkilir.

Ətraflı
  • Cilalanmış mebelin tozunu hər gün silmək lazımdır. Milçək qonmuş yerlər, ağ çaxırda azca isladılmış əski ilə silinir. Cilalanmış mebelə su vurmaq olmaz. Belə mebellə ehtiyatlı olmaq lazımdır, çünki spirt, ətir, dırnaq lakından düşmüş ləkələri ev şəraitində təmizləmək olmur. Qırmızı ağacdan düzəldilmiş mebelin ləkələrini təmizləmək və onu təzələmək üçün ayıpəncəsi yağı ilə silmək lazımdır.

     

    Qoz ağacından düzəldilmiş mebelə zeytun yağı və qırmızı çaxırdan (eyni bərabərdə) hazırlanmış məhlul sürtüb, quruduqdan sonra yumuşaq yun əski ilə parıldayana kimi silirlər.

Ətraflı
  • Peyğəmbərçiçəyi qarışıq rəngli, çoxillik bitkidir. Bitkinin boyu 60-90 sm hündürlüyündə olur və topa şəklində açır. Buketlərdə də, topa şəklində istifadə olunur. Bu çiçəyin sarı rəngli və şar şəklində (diametri 5 sm) olan növünün hündürlüyü 100 sm ə qədər olur.

     

    Əkilmə qaydası

     

    Toxumlar eyni yerdə olmaqla aprel ayında əkilir. Torpağın tempraturu +18 °С olduqda, toxum 14-20 günə cücərir. Kolu (3-4 ildən bir) ayırmaqla artırmaq mümkündür.

Ətraflı
  • Uzun yarpaqları dairəvi çiçək formalaşdırır. Çicək tumurcuqları 10-20 sm, gövdəsi 30 sm boyunda olur. Çiçəklər böyük, ağ səbəti xatırladır. İkinci ilinin iyun-iyul aylarında çiçəkləyir.

     

    Əkilmə qaydası

     

    Gunəşli yerlərdə və yaş torpaqda əkilməsinə üstünlük verilir. Yarı kölgəli yerlərdə də əkilə bilər. Eyni yerdə 5-6 il çiçəkləyir. Toxum may ayında səpilir.

Ətraflı
  • Gözəl yarpaqlı, dairəvi çiçəkdir. 30-35 sm boyunda (qarışıq rəngdə olan növləri 50 sm, ağ rəngdə olan növləri 20 sm), yarpaqlarla əhatə olunmuş gövdəsi var. Diametri 4 sm olmaqla çiçək salxımı şəklində açır.

     

    Əkilmə qaydası

     

    Çox sadə bitkidir. Quraqlığa davamlıdı. Torpağa birbaşa aprelin sonları, toxum şəklində isə may ayında əkilə bilər. Əkilərkən aralarındakı məsafə 15-20 sm olmalıdı.

Ətraflı
  • Narın mavi yarpaqlı, nadir rəngli, çoxillik zərif çiçəkdir. 70 sm boyunda gözəl formalı gövdəsi və iri gülləri var. May və İyul aylarında açır. İlk 3-5 gül açdıqdan sonra, kəsib artırmaq olar.

     

    Əkilmə qaydası

     

    Bitki soyuğa davamlıdır. Nəmli və mayalanmış torpaqlarda əkilməsi daha münasibdi. Eyni yerdə 3-5 il açır. Toxum torpağa 0,5 sm dərinlikdə, may və iyunun əvvəlləri əkilir.

Ətraflı
  • Jalüzləri tez - tez təmizləməyə ehtiyac olmur. Onları yalnız ehtiyac yarandıqda təmizləyirlər. Lakin jalüzlərə heç qulluq edilmədikdə onların üzərində səhhətimiz üçün təhlükəli toz yığılır.

     

    İstənilən tipdə olan jalüzləri (plastikdən, dəmirdən, parçadan, taxtadan olanları) həftədə bir dəfə olmaqla tozsoranla təmizləmək lazımdır. Müasir tozsoranlarda jalüzləri təmizləmək üçün xüsusi fırça olur. Əgər metaldan və ya plastikdən olan jalüzlər çox çirklənibsə, onları yumaq lazımdır. Yumadan əvvəl onları tozsoranla təmizləyin, sonra sabunlu suda isladın,

Ətraflı
  • Əslində kaktuslara baxmaq o qədərdə çətin deyil. Kaktusların əsas düşmənı rütubət və çox sulanmaqdı. Əgər sulamaq qaydasını düzgün yerinə yetirsəz görəcəksiniz ki, kaktusunuz necə surətlə inkişaf edərək çiçək açır.

     

    Sulayarkən istifadə edilən qab eyni ölçüdə olmalıdır, sulama isə eyni gündə və eyni miqdarda su tökülməklə aparılmalıdır. Əgər kaktusda böyük bir dəyişiklik yoxdursa sulanmada istifadə edilən qab, ölçü və su miqdarı dəyişdirilməməlidir. Fevral - Mart aylarında seyrək halda (təxminən 15 gündə bir) sulanır.

Ətraflı